Dividend səhmdar cəmiyyətinin qazandığı xalis mənfəətdən öz səhmdarlarına ödədiyi puldur. Dividendin həcmi səhmdar cəmiyyətinin xalis mənfəətinə və dividendin verilməsi barədə səhmdarların qərarına bağlıdır. Səhmdar cəmiyyəti nə qədər çox xalis mənfəət əldə edərsə, bir o qədər öz səhmdarlarına dividend ödəmək imkanı əldə edir. Səhmdar cəmiyyətinin səhmdarları il ərzində qazanılmış xalis mənfəətin bir hissəsini (misal üçün 10%, 20%, 50% və ya başqa hissəsini) və ya hamısını dividend formasında ödənilməsi barədə qərar qəbul edə bilər. Bu qərarlar səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların səs çoxluğu ilə qəbul edilir.