Səhmlərin paylanması prosesi abunə müddəti bitdikdən sonra 5 iş günü ərzində başlayır və 7 işgünü ərzində tamamlanır.
Abunə müddəti başa çatdıqdan sonra səhmlərin paylanması prosesi həyata keçirilir. Əgər tələbat təklif olunan səhmlərin sayını üstələyərsə, investor sifariş etdiyi saydan daha az səhm əldə edə bilər.
Əgər səhmlərə olan tələbat təklif olunan həcmdən çox olarsa:
- İnvestor sifariş etdiyi saydan daha az səhm əldə edə bilər
- Səhmlər əvvəlcədən müəyyən edilmiş bölüşdürmə qaydalarına və prioritet prinsiplərinə uyğun şəkildə investorlar arasında paylanır
Bölüşdürmə aşağıdakı ardıcıllıqla aparılır:1-ci mərhələPərakəndə investorların 20,000 AZN-dək sifarişləri
2-ci mərhələPərakəndə investorların 20,000 AZN-dən yuxarı sifarişləri (əgər əvvəlki mərhələdən sonrasəhmlər qalarsa)
3-cü mərhələHüquqi şəxslər və digər investorların sifarişləri (əgər əvvəlki mərhələlərdən sonra səhmlər qalarsa)
Əgər hər hansı mərhələdə səhmlərə olan ümumi tələb həmin mərhələr üzrə təklif olunan səhmlərin sayından çox olarsa, səhmlər investorlar arasında mütənasib şəkildə bölüşdürülür (allokasiya olunur).
Bölüşdürmə zamanı səhmlər yalnız tam ədəd şəklində təqdim edildiyi üçün hesablamalar nəticəsində yaranan rəqəmlər aşağıya doğru yuvarlaqlaşdırıla bilər. Yuvarlaqlaşdırmadan sonra qalan səhmlər isə sifarişin verilmə tarixi və vaxtına əsasən, ən tez sifariş verən investorlardan başlayaraq paylanır.